Bakının Yasamal rayonu, Abbas Mirzə Şərifzadə, 16 ünvanında uzun müddətdir fəaliyyət göstərən obyektlərin sökülməsi ilə bağlı bəzi detallar məlum olub.
Sahibkar Gülşad İsmayılova bildirib ki, söküntü zamanı bütün əşyalarını küçəyə atıblar:
"İcradan deyilmişdiki, söküntü işləri görüləcəyi təqdirdə kompensasiya ilə təmin olunacağıq. Qanunsuz obyektlərin nə vaxtsa söküləcəyini bilirdik, lakin dəymiş ziyanın ödənilməsini tələb edirik".