Azərbaycanda bəzi restoranlarda onlayn yemək sifarişi zamanı xidməthaqqı tələb edilir.
Xezerxeber.az-ın məlumatına görə, həmin restoranlar tərəfindən seçilən yeməyin qiymətindən əlavə üzərinə 20% xidməthaqqı qoyulur.
Bununla yanaşı, əvvəllər 5-10% civarında olan xidməthaqqı da durmadan artır. İndi bəzi restoranlarda müştəridən sifarişdən əlavə 20, hətta 25% xidməthaqqı tələb edilir.
Ekspert Xalid Kərimli bildirib ki, restoran, iaşə xidmətləri, turizm obyektləri öz məhsul və xidmətlərinin qiymətlərini təyin etməkdə sərbəstdirlər. Bu sektorda qiymətlər tənzimlənmir. Bununla belə, mütləq qaydada yazılı və ya şifahi şəkildə xidməthaqqının olması barədə müştərinin məlumatlandırılması əsas şərtdir.