Yevlaxda qanunsuz odlu silah əldə edən və narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Pravda.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah-sursat əldə etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Mahir Əliyev saxlanılıb. M.Əliyevdən "TT" markalı tapança, 4 ədəd patron və patron darağı aşkar edilib. O, silahı bir müddət əvvəl əldə etdiyi və polisə təhvil verməyərək özündə saxladığını bildirib.