Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Anastasiyanın keçmiş əri yenidən məhkəmə qarşısında

1 340
Paylaş:
Anastasiyanın keçmiş əri yenidən məhkəmə qarşısında

Bakıda əzab vermədə təqsirləndirilən Yalçın Bektimirovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq. 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: Bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirovavideomüraciət yaymışdı. O, keçmiş həyat yoldaşı Yalçın Bektimirovun törətdiyi əmələ görə həbs edildiyini, bir müddət sonra azadlığa çıxacağını bildirib. O qeyd edib ki, münaqişəli vəziyyətdə olduğu keçmiş əri azadlığa çıxandan sonra birgə yaşadıqları mənzilə qayıdaraq həmin evdə yaşaya bilər.

O, yaranmış vəziyyətin özü və övladı üçün təhlükəli olduğunu bildirərək kömək istəyib. Hadisə günü haqda danışan Anastasiya bildirib ki, həyat yoldaşının növbəti işgəncəsindən sonra gözündən zədə alıb və xəstəxanaya çatdırılıb. Qadının sözlərinə görə, sonra yenidən 2 dəfə əməliyyata girdim və gözüm çıxarılaraq yerinə protez taxılıb.

Qeyd: Məhkəmə materiallarından həmin mənzilin Y.Bektimirova ilə A.Bektimirovanın birgə mülkiyyətində olması məlum olub.

Xatırlatma: Yasamal Rayon Məhkəməsinin hökmü ilə Yalçın Bektimirov Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə) maddəsi ilə təqsirli bilinib. Həmin vaxt ona 2 il həbs cəzası təyin edilib. Anastasiya Bektimirova ərinin ona mütəmadi şiddət göstərdiyini bildirib. Hökmdən həm Yalçın Bektimirov, həm də arvadı Anastasiya Bektimirova narazı qalıb. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Yalçın Bektimirovun cəzası 2 ildən 3 il 6 aya qaldırılıb.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər