BŞİH Yaşıllaşdırma və Təsərrüfatı Birliyinin əməkdaşı, 1961-ci il təvəllüdlü Elxan Sultanov iş vaxtı “HOWO” markalı, 99-HL-676 nömrə nişanlı yük avtomobili tərəfindən vurulması nəticəsində dünyasını dəyişib.
BŞİH əməkdaşını maşın vurdu, hadisə yerində öldü
Tribunainfo.az məlumat verir ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyi İşçilərinin təhlükəsiz xidməti üçün kifayət qədər lazımı tədbirlər görmür. İşçilər uniforma geyinməli olduqları halda, bundan istifafə olunmur. İşçilərin əmək fəaliyyətinə, xidmətləri zamanı geyim qaydalarına laqeyd yanaşma isə sonda faciəvi hadisəylə və hansısa ailənin başsız qalması ilə nəticələnir.