Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Bakı şəhəri Nizami rayon prokurorunun müavini Günay Məmmədli Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Bu barədə Pravda.az-a Baş prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Günay Məmmədli 2011-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub. O, əvvəllər Füzuli və Nizami rayon prokurorunun köməkçisi, Bakı şəhər prokurorluğunda idarə prokuroru, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru vəzifələrində işləyib.