Xalq artisti Gülyaz Məmmədova oğlu Ramazanla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni övladının ad günü olduğunu bildirib.
Oğlunun fotosunu paylaşan G.Məmmədova "Bu gün həyatımdakı ən böyük möcüzəni yaşadığım gündür. Sənin doğulduğun gün. Əziz oğlum, ad günün mübarək. Bil ki, həyatda nə etməyi qərara alırsansa, mən həmişə səninlə fəxr edəcəyəm" sözlərini yazıb.
