Bakı şəhəri, Xəzər rayonunun Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə batan 3 nəfər yeniyetmə ilə bağlı bəzi detallar məlum olub.
Hadisə şahidi bildirib ki, axşam saatlarında yeniyetmələrin üçünü də suda görüb:
"Dənizin kənarında onlara yaxın yerdə "Mercedes-Benz" avtomobili dayanmışdı. İçərisində iki qadın, bir kişi və uşaq olub. Bir müddət sonra avtomobilin sürətlə hərəkət edib ərazidən getməsi diqqətimi çəkdi. Gəldik baxdıq ki, dənizdə heç kim yoxdur. Əgər boğulsaydılar, ərazidən qışqırıq səsləri eşidilərdi".
2008-ci il təvəllüdlü Abid və 2009-cu il təvəllüdlü Anarın atası Asif Aslanov bildirib ki, iki balam var idi, ikisi də batdı: