İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Azərbaycan Dəmir Yolları" QSC barəsində işə baxılmanı yekunlaşdırıb.
Pravda.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, qurum rəqabət mühitinin qorunması, hökmran mövqedən sui-istifadə və inhisarçı davranışlarla mübarizə tədbirləri çərçivəsində müxtəlif bazarlarda rəqabət qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarəti həyata keçirir. Bu xüsusda təsərrüfat subyektlərindən daxil olan şikayətlər əsasında Dövlət Xidməti ekspeditor xidmətləri və konteyner daşımaları bazarında təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması və onlara qarşı dempinqin tətbiqi üçün şərait yaradılması, müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi, kontragentə (qarşı tərəf) sərfəli olmayan müqavilə şərtlərinin məcburi qəbul etdirilməsi, bazarda rəqabətin məhdudlaşdırılmasına səbəb olan üfüqi və şaquli sazişlərin bağlanması, rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması əlamətləri ilə bağlı araşdırmalar aparıb. Nəticədə, "Azərbaycan Dəmir Yolları" barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.