Bakalavriat səviyyəsinin Rəngkarlıq (10) və Qrafika (11) komissiyalarının rəsm fənnindən müvəffəq qiymət almış abituriyentlər rəngkarlıq, Heykəltaraşlıq (12) komissiyasının rəsm fənnindən müvəffəq qiymət almış abituriyentlər isə yapma fənni üzrə imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini çap edə bilərlər.
DİM-dən Pravda.az-a verilən məlumata görə, "Qabiliyyət imtahanına buraxılış vərəqəsi"ndə imtahanın keçiriləcəyi tarix, bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar əksini tapıb.