Keçmiş deputat Hüseynbala Mirələmovun oğlu Fərid Mirələmov istifadə etdiyi su pulunu ödəmədiyi üçün məhkəməyə verilib.
Sabiq deputatın oğlu məhkəmə qarşısında - SƏBƏB
“Unikal”ın məlumatına görə, Nəsimi rayon Məhkəməsinə iddiaçı qismində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tanınıb. Hakim Həbibə Miriyevanın sədrliyi ilə keçiriləcək məhkəmə prosesi iyul ayının 17-nə təyin edilib.
Xatırladaq ki, Hüseynbala Mirələmov Milli Məclisin III, IV və V çağırış deputatı olub.