BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda futbol matçında məşqçi döyüldü - VİDEO

Xəbər verdiyimiz kimi, AFFA U-16 Liqasının yarımfinalı çərçivəsində keçirilən “Zirə”-“Neftçi” matçında qonaq komandanın məşqçisi İsmayıl Məmmədov azarkeşlər tərəfindən döyülüb.

 

DİN-dən verilən məlumata görə, sözügedən oyununda məşqçinin döyülməsi ilə bağlı polisə hər hansı müraciət daxil olmayıb. 

 

“Tərəfimizdən aidiyyəti üzrə futbol klubu ilə əlaqə saxlanılıb, hadisənin təfərrüatı öyrənilib. Vurğulanıb ki, tərəflər arasında şikayətə səbəb olacaq hadisə baş vermədiyi üçün polisə müraciət edilməyib. 

 

Buna baxmayaraq yayılan görüntülərlə əlaqədar ərazi polis orqanında araşdırma başlayıb. Hadisə iştirakçılarının şəxsiyyəti dəqiqləşdirilir. Araşdırmanın nəticəsi barədə məlumat veriləcəkdir” - DİN-dən bildirilib.

 

Qafqazinfo

 

Tarix: 15 İyul 2024, 07:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin