Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Dənizkənarı Milli Parkda dənizdə batmaq təhlükəsi ilə üzləşən qadın belə xilas edildi - VİDEO

1 456
Paylaş:
Dənizkənarı Milli Parkda dənizdə batmaq təhlükəsi ilə üzləşən qadın belə xilas edildi -       VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batmaq təhlükəsində olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1988-ci il təvəllüdlü E.Şükürova dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Paylaş:

Ən son xəbərlər