Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Orxan Abbasovun Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsiylə bağlı sərəncam imzalayıb. Bu təyinatla bağlı Bakupost.az -a fikirlərini açıqlayan Daşkəsən rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Əhəd Abıyev Orxan Abbasovla tanış olduğunu bildirib.
“Orxan müəllimi çox yaxşı tanıyıram, ona böyük hörmətim var. O, təhsil, sonra isə iqtisadiyyat sahəsində çalışıb. Gənc, təcrübəli, savadlı və bacarıqlı adamdır. Ona yeni vəzifəsində uğurlar arzu edirəm. Çox gözəl, yerində olan kadrdır”, - deyə sabiq icra başçısı vurğulayıb.