“Star-M” və “ŞANS” mənzil tikinti kooperativinin vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Baş Prokurorluqdan verilən məlumata görə, istintaqla “Star-M”, “ŞANS” və "ZAMİQ" MTK-nın faktiki rəhbəri olmuş Məhərrəmov Məhərrəm Həsənqulu oğlunun sözügedən kooperativlər tərəfindən Bakı şəhərində inşa olunmuş yüksək mərtəbəli yaşayış binalarında mənzil almaq üçün müraciət etmiş vətəndaşlara qanuni sahibləri olan mənzilləri və qeyri-yaşayış sahəsini saxta müqavilə və maliyyə arayışları tərtib edib satmaqla 5 şəxsə məxsus ümumilikdə 485 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.