Əməkdar artist Qorxmaz Əlili ev istəyir. Axşam.az xəbər verir ki, aktyor bu haqda "Elgizlə izlə" verilişində deyib. O bildirib ki, övladlarının toyuna görə bağ evini satıb:
"Aktyorlara, rejissorlara, incəsənət adamlarına ev tikib versinlər. Xalq artisti var ki, 3 dəfə ev alıb, sağlığına qismət. "Xalq artisti" deyiləm deyə evim olmayacaq? Söhbət yaxşı aktyorlardan gedir. Mənim xasiyyətimdə yoxdur ki, efirdən şikayət edim. Deyim ki, evim yoxdur.