Müğənnilər Sevil və Sevinc Səfərova bacıları bir müddət əvvəl yayılan arxiv fotolarına yazılan tənqidlərə cavab veriblər. Axşam.az-ın məlumatına görə, onlar illər əvvəl çəkilən şəkillərini paylaşaraq bundan utanmadıqlarını vurğulayıblar.
"Şərhləri oxudum və dəhşətə gəldim. İnsanlar niyə aqressivləşib? Bu, məni həqiqətən qorxudur. Bilmirəm həyatınızda nələr yaşamısınız. Amma sizə heç bir zərəri olmayan insanlara kin dolu sözlər yazmağınız üçün ya böyük psixoloji probleminiz olmalıdır, ya da istədiyiniz həyatı yaşaya bilməyib, özgüvənsiz, paxıl, sevilməyən biri olmalısınız.

