Bilgəh qəsəbəsində dənizdə baş verən batma hadisəsinin təfərrüatı məlum olub.
Dənizdə batan yeniyetmənin anasının sözlərinə görə, oğlu ilə bərabər dostları da dənizə giriblər. Onlar sudan çıxa bilsələr də, Məhəmmədi xilas etmək mümkün olmayıb:
"Oğlum saat 7-də burada boğulub, heç bir nəzarətçi olmayıb. Niyə belə təhlükəli yerdə üzməyə icazə verirlər?", - deyə o bildirib.