Xalq artisti Ofeliya Sənaninin səhhətində problem yaranıb. Aparıcı bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib. Məsələ ilə bağlı Axşam.az-a açıqlama verən O.Sənani evə buraxıldığını və müalicəsini davam etdirdiyini deyib:
Ofeliya Sənani infarkt keçirdi
"İnfarkt keçirtdim. Həkim dedi ki, özünü qorumalısan. Səhhətim yaxşı deyil. İndi bağa köçürəm ki, orada dincəlim. Uzun illərdir xəstəliyim var. Hər zaman müalicələr almışam".