MediaHub-ın izləyicilərindən biri Baqrataşen-İcevan yolunun hissəsindən video çəkib, orada Azərbaycan loqosu, AZ 99ZX-491 dövlət nömrə nişanlı yük maşınının Tavuş vilayətinin İcevan şəhəri istiqamətində hərəkət etdiyi aydın görünür.
Bu barədə erməni mediası məlumat yayıb.
“Mən ilk dəfədir belə bir şey görürəm, amma Baqrataşendə deyirdilər ki, son vaxtlar tez-tez görünürlər”, - deyə həmsöhbətimiz qeyd edib.
Videonu lentə alan Tavuşlu şəxs sərhədi keçdikdən sonra İcevana çatmamış Azərbaycan nömrələrinin rus nömrələri ilə əvəz olunduğunu görüb.