Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Aşurada qan çıxartmanın, insanın özünə zərər vermənin qəbuledilməz olduğunu deyib.
QMİ-nin təşkil etdiyi qanvermə aksiyası zamanı jurnalistlərə danışan A.Paşazadə deyib ki, insanlar ibadətlərini bu cür etməli deyillər:
"İnsanların mərasimdə qan çıxartması, özünə zərər verməsi qəbul edilməzdir. Onlar ibadətlərini bu cür etməli deyillər",-deyə A.Paşazadə vurğulayıb.
O bildirib ki, bu cür ayinlərin yerinə qanvermə aksiyalarında fəallıq göstərmək daha məqsədə uyğundur:
"Ölkəmizdə qan vermə aksiyaları keçirilir. Mən insanları belə əməllərə dəvət edirəm"./Report