Vaxtıyla OMON-un komandiri Rövşən Cavadovla yaxın münasibətlərə malik olan, daha sonra həbsin eşiyindən dönən Ülvi Quliyev yenidən deputat olmaq üçün can atır. Tribunainfo.az xəbər verir ki, o, mandat məsələsi üçün ciddi çalışsa da, ehtiyat varinatını da saxlayıb.
Əldə olunan xəbərlərə görə, iki dəfə deputat olan dərman inhisarçısı yenidən Yasamalı hədəf seçib. Lakin onun mandat ala biləcəyi şübhə doğurur. Buna səbəb isə həm fəaliyyətsizliyi, həm də oğlu ilə bağlı bəzi qalmaqallı məqamların üzə çıxmasıdır.
Qeyd edək ki, Ülvi Quliyevin oğlu Orxan Quluzadənin Avropa ölkələrində bir sıra biznesləri üzə çıxıb. Belə ki, o, son parlament seçkilərindən dərhal sonra İngiltərəfə “MARKETING SOLE PROJECT LTD” adlı şirkət yaradıb.
Amma Orxanın biznesi bununla yekunlaşmır. Onun İngiltərədə UGANO LTD adlı başqa bir firması da var. Dəyəri isə 1.2 milyon dolardır.
Deputatın Türkiyədə də şirkətləri var. “GUANO DANIŞMANLIK TİCARET LİMİTED ŞİRKETİ” 2009-cu ildə yaradılıb. Təsisçiləri isə Quliyevin həyat yoldaşı Aynur Quliyeva və oğlu Orxandır.
Qeyd edək ki, Aynur xanım Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Məmmədzadə, ev 11 ünvanında qeydiyyata alınmış “LOĞMAN -3” KM-in də təsisçisi və qanuni təmsilçisidir.