üdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş keçmiş yüksəkrütbəli zabitlərinin məhkəməsi davam edir. Məhkəmədə Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıkovun bəzi xərcləri də açıqlanıb. Həddindən artıq çox olan bu xərclər cəmiyyət tərəfindən ciddi müzakirələrə səbəb olub. Bəs görəsən, niyə Nəcməddin Sadıkovun əməllərinə hüquqi qiymət verilmir? Məsələ ilə bağlı Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, istintaq bütün detalları tam açıqlamayıb: “Hesab edirəm ki, bu məsələ ilə bağlı istintaq bütün məsələlərə aydınlıq gətirməyib. İndi keçmiş maliyyə işçiləri məhkəmədə bu cür məlumatlar verirlər, bu da onu göstərir ki, Müdafiə Nazirliyində çox ciddi maliyyə pozuntuları olub. 2 gündür ki, sosial şəbəkələrdə, mətbuatda 8 min manatlıq çaxırla, 6 dəst armudu stəkan almaq üçün 21 min manat xərclənməsi ilə bağlı müzakirələr gedir.
Hər bir nazirliyə ümumi büdcə ayrılır, Müdafiə Nazirliyi də ayrılan pulla 60 min manatlıq gül, 14 min manatlıq dibçəklər alıb. Bu məsələdə xırdalıqlar çoxdur, istintaq hərtərəfli aparılmadığına görə, insanlarda çaşqınlıq yaranır, necə olur ki, 21 min manat armudu stəkan alınıb? Bu, mümükünsüzdür. Yəqin ki, bu məsələ ilə bağlı istintaqın da tam açıqlamadığı məsələlər, məhkəmədə səsləndirilməyən faktlar var. Hədiyyələr həmişə olub və olacaq da, çünki xaricdən qonaqlar gəlir, həmin hədiyyələrdən onlara verilir.
Sözsüz ki, yeyintinin olması mümükündür”.
Ekspert qeyd edib ki, hüquq-mühafizə orqanları Nəcməddin Sadıkovun istintaqa cəlb edilməməsi ilə bağlı suallara aydınlıq gətirməlidir:
“Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkova hüquqi qiymət verilməməsi ilə bağlı isə heç bir söz deyə bilmirəm. Bu, birbaşa Azərbaycan dövlət hüquq-mühafizə orqanlarına ünvanlanmalı sualdır. Onu kim və niyə qoruyur suallarına hüquq-mühafizə orqanları aydınlıq gətirməlidir.