“Qazax istiqamətində sərhədlərin dəqiqləşdirilməsindən sonra ərazinin təhvil verilməsi prosesi üçün Ermənistana vaxt verilmişdi”. Pravda.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Neytral Zona” teleqram kanalı bildirib.
“Vaxt ermənilərin ərazidən köçməsi, alternativ yolların salınması və digər məsələlər üçün idi. Əldə etdiyimiz məlumata görə, Azərbaycan tərəfi ərazinin tam nəzarətə götürülməsinə start verib”, – məlumatda qeyd edilib.
