"Yeni Kaledoniyada baş verən son iğtişaşlar zamanı Fransa polisi tərəfindən müstəqillik hərəkatlarının üzvləri qanunsuz həbs ediliblər".
Bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan şəxslərin Bakıda Birinci Qurultayında çıxışı zamanı deyib.