Sosial şəbəkələrdə polis əməkdaşının şübhəli şəxsi saxlamasına dair görüntülər yayılıb. Görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Anar Qafarov yayılan görüntülərlə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, görüntülər 5 il öncə Sabunçu rayonunda qeydə alınıb.
"Ərazidə keçirilən əməliyyat tədbiri zamanı bir nəfər özünü şübhəli apardığından polis əməkdaşı ona yaxınlaşıb. O, polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə fənd tətbiq olunaraq saxlanılıb və yoxlanılması üçün polis bölməsinə aparılıb.