Xəbər verdiyimiz kimi, bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilib. İclasda partiyanın deputatlığa namizədlərinin irəli sürülməsi ilə bağlı qərar qəbul edilib. YAP bir sıra məşhur şəxslərin, o cümlədən Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovun namizədliyini irəli sürməyib. TNS xəbər verir ki, Vasif Talıbovun deputat seçildiyi 1 saylı Şərur-Sədərək Seçki Dairəsindən Milli Məcisin deputatı, parlament sədrinin sabiq birinci sədr müavini Ziyafət Əsgərovun namizədliyi irəli sürülüb.
Vasif Talıbovun yerinə bu şəxsin namizədliyi irəli sürüldü