Yeni Azərbaycan Partiyası (YAP) indiyə kimi onu parlamenmtdə təmsil edən xanım deputatı yeni namizədlər siyahısına salmayıb. İndiyədək 111 saylı Zaqatala – Balakən seçki dairəsini Milli Məclisdə təmsil edən Kamilə Əliyeva YAP-ın bu gün açıqlanan deputatlığa namizədlər siyahısında yer almayıb.
Əvəzində həmin dairədən Vüsalə Yusif qızı Mahmudova deputatlığa namizəd göstərilib.