Prezidentliyə keçmiş namizəd Fuad Əliyevin parlament seçkisində iştirak etməyəcəyi və ölkəni müvəqqəti olaraq tərk edəcəyi ilə bağlı xəbər yayılıb. Məlumatı dəqiqləşdirmək üçün Fuad Əliyevlə əlaqə saxladıq. Keçmiş namizəd Oxu.Az-a bildirdi ki, haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir:
"Ölkəni tərk etməyimlə bağlı xəbərlər yalandır. Məlumat necə və nə məqsədlə yayılıb, onu da bilmirəm. Ola bilər ki, kimlərsə mənim siyasi proseslərdə iştirakımı istəmir, yaxud buna qısqanclıqla yanaşırlar, hər şey ola bilər. Çünki indi dırnaqarası dostlar çoxdur".
"Yəqin ki, prezident seçkisində qazandığım uğur və "Müstəqil Həmkarlar Birliyi" təşkilatımızın fəaliyyəti kimlərəsə mane olur. Düzünü desəm, şokdayam. Kimin etdiyini, şayiənin haradan qaynaqlandığını düşünürəm, amma konkret fikrim yoxdur deyə ad çəkə bilmirəm", - deyə F.Əliyev vurğulayıb.