Son illərdə Azərbaycanda media sahəsində çox ciddi addımlar atılır. Mətbuat Şurasının rəhbərliyinin dəyişməsi, eləcə də Medianın İnkişafı Agentliyinin yaradılması bunun bariz nümunəsidir.
MEDİA-nın qısa zaman kəsiyində formalaşmasına baxmayaraq, çox ciddi, önəmli proseslər başladılıb.
Bu xüsusda yeni qəbul edilən media qanunvericiliyinin də məramı bəllidir - informasiya alınması və yayılması sahəsində pərakəndəliyi aradan qaldırmaq.
Bundan sonra onlayn mediaya dəstək üçün hətta müsabiqələr də təşkil edildi. Şərtlər isə heç də çətin deyildi, media qurumu özü informasiya istehsalçısı olmalıdır. Ofisi olmalı, əməkdaşarla müqavilə imzalamalıdır.
Aydın məsələdir ki, indiyədək Azərbaycanda informasiya alınması və yayılmasına qədər üst-üstə 10-a yaxın qanunvericilik olsa da, ölkədə onlayn medianın fəaliyyəti tənzimlənmirdi.
Nəzərə alaq ki, informasiya saytlarının əksəriyyəti bir nəfərdən ibarətdir. Həmin 1 nəfərlə də saytı saxlamaq mümkün deyil. Onlar da məcbur olub informasiya dövriyyəsini təmin etmək üçün informasiyanı necə-gəldi hazırlayırlar. Bu da peşəkarlığın aşağı düşməsinə səbəb olur. O baxımdan agentliyin ən azı 3 əməkdaşının olması və onlarla əmək müqaviləsinin bağlanması ilə bağlı tələbi mühüm şərt hesab etmək olur.
Qanun ciddi media orqanları üçün faydalı olsa da, bir notbukdan ibarət təkadamlıq saytlara heç də sərf etmədi. Bunların əksərtiyyətinin də reket jurnalistikası ilə məşğul olduğu heç kimə sirr deyil.