Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Karantin rejimi sərtləşdirilir – Həftəsonu küçəyə çıxmaq mümkün olmayacaq - VİDEO

1 522
Paylaş:
Karantin rejimi sərtləşdirilir –     Həftəsonu küçəyə çıxmaq mümkün olmayacaq - VİDEO

“Son günlər ölkədə koronavirusla bağlı yoluxmanın dərəcəsinin artması müşahidə olunur”.

Pravda.az-ın xəbərinə görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, yoluxma və sağalma arasında fərq getdikcə artmaqdadır. Bu da yeni situasiya yaradıb. Odur ki, həftəsonları hərəkət və iş rejimlərində məhdudlaşma olacaq.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, narıncı zona adlandırılan Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda küçəyə çıxmaq qadağasının tətbiq olunması təklif edilib. Onun sözlərinə görə, yoluxma intensivliyi yüksək olduğuna görə qarşıdakı bir və ya iki ay ərzində həftənin iki günü, bəlkə də üç günü ərzində vətəndaşların küçəyə çıxması, nəqliyyat vasitələrinin hərəkəti və iş rejimi məhdudlaşdırılacaq, mağazalar bağlanacaq.

O da bildirilib ki, həftəsonu keçiriləcək buraxılış imtahanlarının vaxtı da dəyişdirilə bilər. Bununla yanaşı məhdudiyyətlər olacağı təqdirdə, 190 manat birdəfəlik ödəmənin verilməsi yenidən aktuallaşa bilər.

Paylaş:

Ən son xəbərlər