İyunun 11-də paytaxtdakı klinikaların birinə liposaksiya əməliyyatı üçün müraciət edən və komaya düşərək 21 gün sonra başqa bir klinikada vəfat edən 29 yaşlı Aybəniz Almuradovanın yaxınları onun həkim səhvi ucbatından öldüyünü iddia edirlər.
Mərhumun bacısı Gülər Əliyeva klinikanın və həkimlərin qanunsuz fəaliyyət göstərdiyini bildirib:
"Əməliyyat otağında nə baş verdiyini bilmirik, çünki biz onlardan kamera görüntülərini tələb etdik, amma yox idi. Əməliyyata girmədən öncə bacımdan bir çox analizlər alınmayıb, sadəcə qan analizi var. Mənə orada dedilər ki, Aybənizin vəziyyəti düzəlib, yaxşıdır, heç bir həyati təhlükəsi yoxdur. Amma dediklərinin hamısı yalan imiş. İlkin tibbi yardım zamanı bacımın daxili orqanlarına ziyan vurulub".
Gülər Əliyevanın sözlərinə görə, liposaksiya edən həkim lazeroloqdur.