Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda vətəndaş mənzilinə giriş-çıxışın bağlandığını iddia edir - FOTO

1 362
Paylaş:
Bakıda vətəndaş mənzilinə giriş-çıxışın bağlandığını iddia edir -     FOTO

Bakıda vətəndaş mənzilinə giriş-çıxışın bağlandığını iddia edir.

Oxu.Az-ın redaksiyasına şikayət ünvanlayan Bahar Şıxızadə mənzillərinə daxil olmaq üçün hərəkət hüquqlarının məhdudlaşdırıldığını qeyd edib:

"Həsən Əliyev, 70, mənzil 5 ünvanında yaşayırıq. "Sipark MTK" tikinti şirkəti bizim heç bir məhkəmə sənədi olmadan, səbəbsiz yerə binanın girişini bağlayıb. Evin qarşısında tikinti başlayıblar, hasar çəkiblər. Etirazımızı bildirdik. Hədə-qorxu gəldilər. Binanın 1-ci mərtəbəsinə ümumiyyətlə işıq düşmür, Günəş şüasına həsrət qalmışıq. Şikayətimizə baxan da yoxdur".

"Sipark MTK" ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Həmin fotoları təqdim edirik:

Bakıda vətəndaş mənzilinə giriş-çıxışın bağlandığını iddia edir

Paylaş:

Ən son xəbərlər