Qara maska ilə kamuflyaj olunaraq mağazanın içərisində olan ödəmə terminalını talayan şəxs saxlanılıb.
DİN-dən verilən məlumata görə, paytaxtın Yasamal rayonunda oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs gecə saatlarında üzünü qara maska ilə kamuflyaj edərək rayon ərazisində yerləşən mağazalardan birinin qapısını dəmir metalla qırıb və içəridə yerləşən ödəmə terminalını talayaraq pul vəsaitini ələ keçirib.