Qonşusu ilə görüşən gəlinin xəyanətinin qurbanı qayınata olub.
Belə ki, Bəşir Azadov (şərti ad və soyad) həyat yoldaşının ölümündən sonra şəhərdəki evini satıb, Bakıətrafı qəsəbələrdən birində bağ evi alıb. Oğlu ailə qurduqdan bir müddət sonra Rusiyaya işləməyə getdiyi üçün orada gəlininin yanında qalıb. Qonşular Bəşiri ailəcanlı, əxlaqlı və sakit insan kimi təsvir ediblər.
Bəşir işdə olduğu müddətdə onda belə şübhələr yaranmışdı ki, qonşusu Nail evlərinə heç də xoş niyyətlə gəlmir. Amma onlar ailəvi dost olduğu üçün Nail bu evə tez-tez gəlib-gedirdi.
Fəridə ilə Nail dəniz sahilində görüşürlər. Hər ikisi xoşbəxtlikdən uçur, sanki heç bir pis iş görmədiklərini düşünürlər.
Onlar dənizkənarında olarkən Nail Fəridəyə həyat yoldaşını unutmasını, onunla boşanmasını, birlikdə yaşamalarını söyləyir. Fəridə isə bildirir ki, buna qayınatası razı olmayacaq. Bu zaman Nail bir az düşünərək Bəşirlə bağlı başqa planının olduğunu deyir.
Fəridə həmin gün evə Bəşirdən daha tez gəlir, paltarını dəyişir və heç nə olmamış kimi davranır. Bəşir isə sanki nəsə hiss edirmiş kimi onu kənardan izləyir.
O, yataq otağına gedib Nail ilə telefonla danışır. Bu gün onun dediyi təklif barədə düşünəcəyini deyir.
Bəşir həmin gecə yatmır və pis fikirləri ağlından qovmağa çalışır.