Azərbaycan növbədənkənar parlament seçkilərinə hazırlaşır. Seçkilər sentyabr ayının 1-nə təyin olunub. Ölkə parlamentinin üzvləri hər zaman ictimaiyyətin maraq dairəsində olub. Bu da təsadüfi deyil. Xalq kimə səs verdiyini hər zaman diqqətdə saxlayır.
Məsələ ilə bağlı Yenisabah.az-a Rusiyada yaşayan həmyerlimiz, klinik-psixoloq Zirəddin Rzayev danışıb.
O, növbədənkənar parlament seçkilərindən sonra bu dəfə Milli Məclisdə müxalifət nümayəndələrinin də təmsil olunacağını bildirib:
“Sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar keçiriləcək seçkilər barəsində mənim də proqnozlarım var. Proqnozlarıma görə, bu dəfə Milli Məclis üçün 3 nəfər müxalifət düşərgəsindən mandat alan olacaq. 3 nəfərin şansı çox böyükdür, amma sonda onların arasından bir nəfərin əsl qalibiyyət əldə edəcəyini görürəm. Müxalifət cərgəsindən olan 3 nəfərdən ikisinin şansı böyükdür, amma niyəsə sonda onlardan yalnız birinin qalacağını görürəm.
Əvvəlki illərdə olduğu kimi, bu il də deputat mandatı alanlar arasında YAP-ın namizədləri üstünlük təşkil edəcək, onların şansı çoxdur. Mən xalqın YAP-dan namizədliyini verəcək şəxsləri dəstəkləyəcəyini görürəm. YAP-ın üzvlərinə səs verən çox olacaq, amma yenə deyirəm, müxalifət üzvlərindən birinin şansı çox böyükdür. Digərləri ələnsə də, o sona qədər mübarizədən qalib çıxacaq”.