Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Rəşad İlyasov bu yolla formada qalır: Yalnız su...

2 240
Paylaş:
Rəşad İlyasov bu yolla formada qalır:     Yalnız su...

Əməkdar artist Rəşad İlyasov formada qalmasının sirrini bölüşüb. Axşam.az xəbər verir ki, bu barədə ifaçı "Qonaqcanlı" verilişində qonaq olarkən deyib. 

"Doğru-düzgün qidalanmaq lazımdır. İdmanla məşğul oluram. Bir müddət ara vermişdim. Amma pəhriz saxlayıram. Məsələn, bu gün su günümdür. Axşama qədər su içəcəyəm. Bircə səhər şəkərsiz acı qəhvə olar.

5 gün belə davam edir. Bir gün su, o biri gün turşumuş süd məhsulları, kəsmik, kəfir, qatıq. 3-cü gün protein. 4-cü gün meyvələr. 5 gün beləcə davam edir. Bunu Nişinin (yapon alimi Katsudzo Nişi  - red.) kitabında oxumuşdum. Əvvəl bunu eşidəndə qorxdum. Amma sonra gördüm, yox. 5 günə 4 kiloqram atmaq mümkündür".

Paylaş:

Ən son xəbərlər