Bakıda dəhşətli qətl hadisəsi baş verib. Kirayəşin evində qaldığı 75 yaşlı kişi boğazı kəsilərək qətlə yetirilib. Xezerxeber.az xəbər verir ki, hadisə Nizami rayonunun Əlif Hacıyev küçəsində gecə saatlarında baş verib. Ev sahibi 75 yaşlı Tahir Əliyevin 59 yaşlı Zahid İsayev tərəfindən bıçaqlandığı bildirilir. Hadisə vaxtı qətlə yetirilən kişinin oğlu başqa evdə olub. O gəldikdə, atasının artıq can verdiyini görüb.
Məlum oldu ki, öldürülən Tahir Əliyev hələ bir neçə il əvvəl ''Xəzər Xəbər''ə də müsahibə verib. O, səhiyyə sahəsində müəyyən araşdırmalarla məşğul idi və onun fəaliyyəti fərqli vaxtlarda bir neçə dəfə çəkilərək efirə təqdim edilib.
Qonşular qışqırıq səsləri eşitdiyini, hadisə yerinə gəldikdə isə artıq gec olduğunu deyirlər.