İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.
Pravda.az-ın məlumatına görə, İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı "Tofaş" markalı avtomobilin sürücüsü İ.Ömərli qaydaları pozduğu üçün ona "saxla" işarəsi verilib.