Bakı şəhərinin Qaradağ rayonunda "Abşeron" ticarət mərkəzinin ərazisində yanğın olub.


Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.


Ümumi sahəsi 130 m² olan taxta sexinin içərisində sahəsi 10 m² olan köməkçi tikilinin yanar konstruksiyaları, 1 ədəd kondisioner və 30 m² sahədə taxta materialları yanıb.


Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.