Sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilərdə 65 sayılı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının qızı Günay Ağamalının fikirləri rayon ziyalılarının ciddi narazılığına səbəb olub. Demokrat.az xəbər verir ki, Salyandan olan tanınmış yazıçı-filoloq hacı Cəfər Cəfərli Günay Ağamalının seçkilərdən öncə səsləndirdiyi “Salyan camaatının mənə olan etimadını yüksək qiymətləndirirəm. Bu etimada layiq olmağa çalışacam” fikirlərinə etiraz edib.
Cəfər Cəfərli Günay Ağamalının fikirlərinə cavab olaraq qeyd edib ki, hələ heç imza toplamağa başlamayıb, deyir bütün seçicilərin etimadını yüzə-yüz doğruldacam:
