Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayının qonağı "Qocalmısan", "Sən günəşsən", "Yorğun" və digər mahnıları ilə məşhur olan rok ifaçısı Hikmət Poladzadə (Qara Dərviş) olub.
Türkiyəyə köçməsindən danışan musiqiçi qeyd edib ki, ora digərləri kimi tanınmaq üçün getməyib. Ona görə də uğur qazana bilib.
"Türkiyəyə getməkdə məqsədim özümü inkişaf etdirmək idi. Orada səs mühəndisliyi üzrə təhsil aldım. Hazırda İstanbulda şəxsi studiyam var. Azərbaycanda bir mahnının aranjimanı 300 manatdan başlayırsa, Türkiyədə ən ucuz aranjimanın qiyməti 1500 manatdır", - deyə o söyləyib.