Gəncə Apellyasiya Məhkəməsində dövlət sərhədini qanunsuz olaraq keçmədə təqsirləndirilən Lamia Mamedovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd: Rəsmi məlumata görə, 2024-cü il yanvarın 19-da saat 04:30-da “Qırmızı körpü” dövlət sərhədindən buraxılış məntəqəsində Füzuli rayon sakini, 1987-ci il təvəllüdlü Ömər Tapdıq oğlu Sadıqovun idarə etdiyi DAF markalı 99-UL-655 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə birgə baxış zamanı avtomobilin qoşqusunun plomblanmış yük yerində gizli şəkildə dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd göstərən Gürcüstan vətəndaşı 1987-ci il təvəllüdlü Lamia Mamedova saxlanılıb.
Qazax Rayon Məhkəməsinin hökmü ilə o, 2300 manat miqdarda cərimə cəzasına məhkum edilib.
Kamal Məmmədov