Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev Binəqədi rayonu ərazisində yerləşən özəl tibb müəssisəsinin gözətçisiylə mübahisə edib. Mübahisə zamanıı müğənni əlindəki baltanı ona tərəf atıb. Hədəfdən yayınan balta yaxınlıqda olan qadının ayağına dəyib.
Pravda.az bildirir ki, məsələ ilə bağlı Bakupost.az -ın əməkdaşı A.Ağayevin yaxın dostu, şair Baba Vəziroğluyla əlaqə saxlayıb.