Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Xırdalanda arvadını evin pəncərəsindən atıb öldürən şəxs tutuldu

1 268
Paylaş:
Xırdalanda arvadını evin pəncərəsindən atıb öldürən şəxs tutuldu

Bu gün səhər saatlarında Abşeron rayonu Gənclər şəhərciyində 2002-ci il təvəllüdlü A.Kazımovanın yaşadığı mənzilin eyvanından yerə düşməsi və aldığı xəsarətlər nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Pravda.az-a bildirilib ki, aparılan araşdırmalar zamanı A.Kazımovanın həyat yoldaşı 2002-ci il təvəllüdlü Hüseyn Kazımov tərəfindən qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı qəsdən mənzilin eyvanından yerə atıldığı müəyyən edilib. H.Kazımov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar aparılır.

Paylaş:

Ən son xəbərlər