Bakının Xəzər rayonu Binə qəsəbəsində atanın iki oğlunu bıçaqlayaraq onlardan birini öldürməsinin, daha sonra intihar etməsinin təfərrüatı məlum olub. Baku TV-nin əməkdaşı hadisə baş verən ərazidə olub.
Dəhşətli hadisə barədə danışan qonşuların sözlərinə görə, cinayəti törətməkdə şübhəli bilinən Rza Eyyubov spirtli içki aludəçisi olub.