Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayevlə “MedEra” klinikasının mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayevin vəhşicəsinə döyülməsi ilə nəticələnən videogörüntülərin sosial şəbəkələrdə yayılması ictimai diqqəti bu istiqamətə yönəldib.
Yenisabah.az xəbər verir ki, tanınmış televiziya jurnalist, “Səni Axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı da məsələyə münasibət bildirib. O, Facebook sosial şəbəkəsində paylaşımların birinin altına bu məzmunda şərh yazıb:
“Baltanı kim atıb və niyə? Araşdırmaq lazımdır”.