Azərbaycanda vəzifəli şəxslərin böyük bizneslərə, obyektlərə sahib olmaları barədə yerli və beynəlxalq mətbutada yazılar dərc olunur. Dövlətdən maliyyələşən təşkilatlara rəhbərlik edən əksər məmurların özlərinin və övladlarının sahib olduqları şirkətlərin, obyektlərin olması artıq adi hal alıb.
Sabunçu rayon İcra Hakimiyyətinin başçsısı Adil Vəliyevin avtomobil salonları və digər biznes şəbəkəsi olması mətbuatda yayımlansada bununla bağlı heç bir təkzib verilməyib. İcra başçısının biznesini oğlu idarə etdiyi bildirilir.
Araşdırmalarımız nəticəsində həmin salonlar Adil Vəliyevə məxsus olması ilə bağlı rəsmi sənədlər əldə olunub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında, Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 37 ünvanında tikinti sahəsi 1026 kvadrat, 2 mərtəbli zirzəmili, olan obyekt Adil Ənvər oğlu Vəliyevin adına sənədləşdirilib. “RED LİNE STUDİO” MMC-nin lahiyəçisi olduğu qeyri-yaşayış (avtomobillərin satışı salonu) binası kimi rəsmiləşmə 15.05.2024-cü ildə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq olunub. 24.05.2024-ci tarixində Tikintilərin Dövlət Reyestri tərəfində qeydiyyata alınıb.