"İnanın mənə bu xəbəri görəndə nə qədər məyus oldum, onu bir Allah bilir. O boytda dahi, hörmətli sənətkarımıza bu formada, rəsmən işgəncə verirdi. Elə bil düşməndir, yerə yıxıb amansızca zərbələr endirirdi. Hələ qıraqdan baxan, biganə "insancıqlar"... Belə də Allahdan, dindən, müsəlmançılıqdan danışırıq, baxın, o videoda harada gördünüz insanlığı?". Axşam.az xəbər verir ki, bunu müğənni Xatun Əliyeva Xalq artisti Ağadadaş Ağayevin dava edərkən yayılan videosuna münasibət bildirərkən yazıb. O, sənətçiyə qarşı edilən hərəkəti qınayıb:
3 il Ağadadaş müəllimin yanında çalışmışam. O hər zaman ali cənab, yüksək mədəniyyətli, ağıllı, savadlı, insanlara ehtiyatla yanaşan, çox dəyərli, sevilən insan olub. 45 ilin sənətkarına bu rəvadır? Elə bil hamı onun məhvinə imza atıb.
Gələk indi o qafilə, amansız, vəhşi insana... Siz aydın aşkar görmürsünüz ki, bu hərəkətləri edən biri sənətkara qanına toxunan elə söz-ifadələr işlədib ki, Ağadadaş müəllim də ağrısına, acısına, xəstəliyinə rəğmən bir kişi xeylağı olaraq aydınlaşdırmağa gəlib. Bu namərd də elə bil gücünü sınıyır, rinqə çıxıb, erməni döyür. Kişini döyməyi bəs deyil, bir də gedib "işverənlik" də edib, polisə ərizə yazır. Həm günahkar, həm güclü.