Xalq artisti Ağadadaş Ağayevin Binəqədi rayonu ərazisində yerləşən "MedEra" klinikasının mühafizəçisi ilə əlbəyaxa olması gündəmin əsas mövzusuna çevrilib.
İddia olunur ki, bir neçə gün əvvəl qulağından əməliyyat olunan xalq artisti "MedEra"nın gözətçisindən tibb bacısını çağırmasını xahiş etsə də, qarşı tərəfin bundan imtina etməsi mübahisəyə səbəb olub. Tərəflər arasındakı gərginlik də məhz bu səbəbdən yaranıb. Daha sonra mübahisə böyüyərək əlbəyaxa davaya çevrilib.
Yayılan görüntülərdə əvvəlcə Ağadadaş Ağayevin gözətçiyə tərəf balta atdığı, daha sonra isə mühafizəçi tərəfindən döyüldüyü əks olunub. Ağadadaş Ağayev tərəfindən atılan balta klinikada xadimə işləyən Nəzakət Paşayevanın ayağını yaralayıb. Nəzakət Paşeyavanın səhhəti ilə bağlı son durumu öyrənmək məqsədilə KONKRET.az "MedEra" klinikası ilə əlaqə saxlayıb.